AZ

Bakıda qeyri-adi oğurluq

Bakıda müxtəlif evlərdən oğurluq edən 30 yaşlı qadına hökm oxunub.

Publika.az xəbər verir ki, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Fəridə Hüseynova (soyad şərti) Yasamal rayonu, Bəsti Bağırov küçəsi 6 saylı binada mənzillərin birindən oğurluq edib.

Fəridə binanın beşinci mərtəbəsinə qalxıb və 14 saylı mənzilin qapısının aralı olduğunu görüb. O, mənzildə heç kimin olmamasından istifadə edərək dolabdan 1 000 manat dəyərində, 750 əyyarlı ağ qızıldan hazırlanmış brilyant qaşlı üzüyü və 250 manat dəyərində, 585 əyyarlı ağ qızıldan hazırlanmış qadın üzüyünü oğurlayıb. Mənzildən çıxmaq istəyən zaman hamam otağından bir kişi çıxıb və ondan evə niyə daxil olduğunu soruşub. Fəridə isə Nərmin adlı xanımı axtardığını, orada yaşayıb-yaşamadığını soruşub və evi tərk edib.

Fəridə 5 avqust 2023-cü il tarixdə Bakıda qapısı açıq olan başqa bir mənzildən də oğurluq edib. O, həmin mənzildən ümumilikdə 35 910 manat dəyərində (15 000 ABŞ dolları və 6 500 manat) nağd pul və qızıl-zinət əşyaları oğurlayıb. Mənzilin sahibinin anası Larisa Biryukuva Fəridəni mənzildə görəndə ondan niyə evə icazəsiz daxil olduğunu soruşub. Fəridə isə oğurluq izini itirmək üçün cavab olaraq “Aysel hardadır” deyib və oranı tərk etmək istəyib. Bu zaman Larisa Fəridəni tutmaq istəyib, lakin təqsirləndirilən şəxs qadını itələyərək evdən qaçıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
publika.az

3Mənbələr