AZ

Keniyada daşqınlarda ölənlərin sayı 169-a çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a çatıb.

BiG.AZ xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb.

Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi və bəzi yolların bağlandığı, bir çox ərazinin də su altında qaldığı bildirilib.

Ölkə daxilində 200 mindən çox insanın davam edən leysan yağışları və daşqınlardan zərər çəkdiyi vurğulanıb.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
21
Mənbələr
Şərh ()
Bağla