AZ

Norveçdən Ukraynaya daha çox kömək edəcək

Norveç bu il Ukraynaya yardımını 7 milyard NOK (633 milyon dollar – red.) artıraraq, ümumilikdə 22 milyard NOK-a (az qala 2 milyard dollar – red.) çatdıracaq.

 

Oxu24.com  xəbər verir ki, bunu Norveçin baş naziri Yonas Qahr Stör deyib.

 

Baş nazirin qeyd etdiyi kimi, bu məbləğ gələn ayın dəqiqləşdirilmiş dövlət büdcəsinə daxil ediləcək.

 

Bundan əvvəl Norveçin müdafiə naziri Byorn Arild Qram ölkə hakimiyyətinin Leopard 2 A4 tanklarının saxlanması üçün Ukraynaya 13 milyon dollar köçürəcəyini bildirmişdi.

 

Nazirin sözlərinə görə, Norveç daha əvvəl “səkkiz Leopard 2 A4 tankı və dəstək maşını” təhvil verib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
oxu24.com

10Mənbələr