AZ

Bakıda bu çoxmərtəbəli bina hər an ÇÖKƏ BİLƏR - Sakinlər NARAHATDIR - VİDEO

Bakıda 4 il əvvəl istifadəyə verilən çoxmərtəbəli binada yaşayan bir qrup sakin gələcəkdə ciddi təhlükə ilə üz-üzə qalacaqlarından narahatdırlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Əliəşrəf Əlizadə küçəsində "ÇARBAĞ MMC" tərəfindən inşa edilən  binanın sakinləri  zirzəmiyə fasiləsiz su axdığını iddia edir.

Onlar deyir ki, belə davam edərsə, 2020-ci ildə istismara verilən çoxmərtəbəli yaşayış binasında vəziyyət təhlükəli həddə çatacaq.

Sakinlərin sözlərinə görə, şikayətlərdən sonra əraziyə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib.

Fövqəladə Hallar BNazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, çoxmətəbəli yaşayış binasının zirzəmisində torpaqla təmasda olan yol boyu yan divardan su sızması faktı təsdiqini tapıb.

Vurğulanıb ki, bu hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
17
milli.az

10Mənbələr