AZ

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək.


Bu barədə Senzor.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.


Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır.


QMİ rəsmisi həmçinin deyib ki, Azərbaycandan Həcc ziyarətinə ayrılan 1500 nəfərlik kvotanın dolmasına az qalıb.


Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.


Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
45
senzor.az

10Mənbələr