AZ

Gürcüstanın baş naziri ilə ölkə prezidenti arasında qalmaqal

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini xain adlandırıb, çünki onun fikrincə, o, dövlətin milli maraqlarına xəyanət edir.

\"Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstanın prezidenti adlandırılan şəxs sözün əsl mənasında xaindir. O, birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir”, - deyə o bildirib.

Kobaxidzenin sözlərinə görə, Zurabişvilinin ölkə prezidenti postunu tutması üzücüdür. Buna görə o, gürcü xalqından üzrxahlıq edib.

Aprelin 18-də Zurabişvili ölkədə xarici agentlər haqqında qanun layihəsinə qarşı davam edən mitinqlərin davam edəcəyinə və 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkisi strategiyasının tərkib hissəsi olacağına ümid etdiyini bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
5
azxeber.com

5Mənbələr