AZ

Odessada Harri Potter qəsri vuruldu

Rusiya Odessa limanında Odessa Hüquq Akademiyasının yerləşdiyi binaya zərbə endirib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yerli əhalinin Harri Potter qalası adlandırdığı binanın vurulmasından sonra Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Dmitri Pletençuk açıqlama verib. Pletençuk açıqlamasında, “İsgəndər-M” ballistik raketi ilə edilən hücumun müharibə cinayəti olduğunu bildirib. Rusiyanın Odessaya hücumu zamanı 4 nəfərin öldüyü, 32 nəfərin yaralandığı bildirilib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
manset.az

1Mənbələr