AZ

Gürcüstan bu tarixdə Avropa İttifaqına üzv olacaq: İvanişvili söz verdi

Hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili Gürcüstanın 2030-cu ildə Avropa Birliyinə üzv olacağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə milli televiziyanın saytı məlumat yayıb.

Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqdə çıxış edən İvanişvilinin fikrincə, azad, müstəqil, suveren, vahid və inteqrasiya olunmuş Gürcüstan gürcülərin mütləq gerçəkləşəcək arzusudur.

Siyasətçi söz verib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyini möhkəmləndirəcək, sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək və 2030-cu ildə Aİ-yə üzv olacaq.

İvanişvili gürcü xalqının özünəməxsus tarixi və adət-ənənələrini xüsusi qeyd edib və vurğulayıb ki, Gürcüstanın Avropa İttifaqına üzvlüyünü yalnız bu unikal milli ənənələr mənalandırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
5
Mənbələr
Şərh ()
Bağla