AZ

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Tovuzun könüllü döyüşçülərdən ibarət Bozqurd batalyonunun komandiri olmuş Etibar Əmiraslanov Başkənd əməliyyatından danışıb. O, deyib ki, bu əməliyyatdan o vaxtın hakimiyyətinin xəbəri olmayıb.
Sitat: “Özüm ilk gündən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. Artıq Başkəndi geri qaytardıqdan sonra o vaxtkı hakimiyyətin xəbəri oldu ki, biz orada döyüşmüşük. Həmin vaxt müdafiə naziri Dadaş Rzayev idi. Onun bu əməliyyatdan öncədən xəbəri yox idi”. BUTA.TV xəbər verir ki, Elçibəy iqtidarının baş naziri olmuş Pənah Hüseyn Globalinfo.az-a açıqlamasında deyilənlərin həqiqət olmadığını bildirib. O, əməliyyatların hökumətin razılığı ilə həyata keçirildiyini deyib: “Başkəndin azad olunması əməliyyatı Azərbaycan Müdafiə Nazirliyi (MN) və Dadaş Rzayevin komandan olduğu hərbi hissə tərəfindən həyata keçirilib. Əməliyyat özü Baş Qərargah tərəfindən hazırlanıb, əməliyyata isə icazəni Ali Baş Komandan verib”. Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Başkənd əməliyyatının Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahında hazırlandığını qeyd edib: “Bu əməliyyatın aparılması ilə bağlı plan təsdiq olunub. Kimsə necə özbaşına gedib əməliyyat keçirə bilər axı?! Dövlət, Müdafiə Nazirliyi, Milli Müdafiə Komitəsi, Ali Baş Komandan var idi. Bu məsələlər orada həll olunurdu. İndi hər kəs ağlına gələni həqiqət kimi təqdim edir. Belə yanaşmalar, dövləti təhqir etmək deməkdir. Sanki Azərbaycan dövləti demək olar, olmayıb və hər yerli batalyon rəhbəri istədiyi hərəkəti edib. O zaman Etibar Əmiraslanov Tovuzda idi. Bəyəm əməliyyat hazırlayırdı?! Etibar Əmiraslanov həmin vaxt Tovuzda könüllü batalyonun rəhbəri idi. “Çənlibel” adlanan mövqedə post qurmuşdu. Tovuzun o vaxtkı polis rəisi rəhmətlik Novruz Həsənova yaxın idi. Ondan dəstək alırdı. Əmiraslanov peşəkar hərbçi deyil. Necə ola bilər ki, peşəkar olmayan biri döyüş əməliyyatı hazırlayıb? 30 il vaxt keçib, elə bilirlər, hər şey yaddan çıxıb. Həmin əməliyyatın aktiv iştirakçılarından həyatda olanlar var”. O.Qasımov həmin zaman prezident köməkçisi olduğunu deyib: “Necə ola bilər ki, Etibar Əmiraslanov əməliyyat keçirib, amma bizim bundan xəbərimiz olmayıb?! Bəli, Etibar bəyin əziyyəti olub, adam könüllü olaraq Tovuzda komanda yaradıb. Döyüşüb. Amma bu o demək deyil ki, hökumət heç nə etməyib, əməliyyatları bu keçirib. Əgər dövlətin xəbəri olmayıbsa, bəs bu qədər əməliyyatlar necə həyata keçirilib? Surət Hüseynovun dəstəsi deyir ki, bunu onlar ediblər, buradan da Etibar Əmiraslanov Başkənd əməliyyatını onun icra etdiyini deyir. Hamısı cəfəngiyat və nağıldır. Bu əməliyyatlar Azərbaycan dövlətinin planına uyğun həyata keçirilib”. Oqtay Qasımov bir məsələyə də aydınlıq gətirib. Deyib ki, həmin dövrdə Dadaş Rzayevin müdafiə naziri olmayıb: “Dadaş Rzayev Başkənd əməliyyatı zamanı müdafiə naziri deyildi. Korpus komandiri idi. O, 1993-cü ilin fevral ayında nazir təyin olunub. Başkənd döyüşləri isə 1992-ci ilin avqust ayında keçirilib”. Xatırladaq ki, həmin dövrdə Dadaş Rzayev 1 saylı hərbi korpusun komandiri vəzifəsində çalışıb. Yəqin Etibar Əmiraslanov sırf texniki xəta üzündən və üstündən xeyli zaman keçməsi səbəbindən onun 1992-ci ildə müdafiə naziri olduğunu söyləyib. Dadaş Rzayev 22 dekabr 2010-cu ildə Lent.az saytına geniş müsahibəsində Başkənd əməliyyatı haqda da danışıb. Həmin hissəsini təqdim edirik: “Avqust ayında Gədəbəy rayonunda çox gərgin vəziyyət yarandı. Gədəbəydə ermənilərin yaşadıqları Başkənd qəsəbəsi vardı. Ermənilər oranı “Kiçik Qarabağ” adlandırırdılar. Başkənd Gədəbəy rayonunu iki hissəyə bölmüşdü. 4 il 4 rayon mal-qarasını dağlara çıxara bilməmişdi, Başkənd qoymurdu. Başkənddən aşağıda Mutudərə adlı balaca bir kənd vardı. Ermənilər o kəndi yandırdı, orada 4 əsgərimiz həlak oldu. O kənd yandırılandan sonra Gədəbəy camaatında təşviş yarandı. Gördük ki, insanlar yüklərini yığıb, gethagetdədirlər. Onları geri qaytardıq. Artıq hücum planı hazırlamışdım, heç kimə də demirdim. Bizim içimizdə də satqınlar olacağından qorxurdum. 1992-ci il avqustun 8-də saat 5-də hücuma başladıq, saat 8-də qurtardıq. 3 saat ərzində Başkəndi götürdük. Sərhədi bərpa etdim. Ermənilər 7 dəfə hücum etdilər ki, Başkəndi qaytarsınlar. Mən də heç kimə demirdim ki, Başkəndi götürmüşük. Çünki heç kim mənə Başkəndi götürməyə icazə vermirdi. Səbəb kimi də onu göstərirdilər ki, erməniləri qıcıqlandırmayın, onlar da Gədəbəyə hücum edə bilərlər. 3-4 gün keçdi, gördüm ki, daha heç bir erməni bizə girişə bilməz, Valeh Bərşadlıya zəng etdim ki, Başkəndi götürmüşəm. O da müdafiə nazirinə məruzə etdi. Nə sağ ol dedilər, nə bir mükafat verdilər.

Başkəndi götürəndən sonra Ermənistanın inzibati ərazisinə daxil olan bir kəndi də götürmüşdük. Sərhədi keçib, ermənilərin bir neçə kəndini də darmadağın etdik. Bununla kifayətlənməyib, Ermənistanın Krasnoselsk adlanan rayon mərkəzini qrad və toplarla atəşə tutduq. Bu hadisədən sonra ermənilər 3 gün matəm elan etdilər. Təsəvvür edin ki, bütün Göyçə erməniləri küyə düşmüşdülər ki, türklər Göyçəni geri alırlar. Onlar kütləvi şəkildə İrəvana qaçırdılar. Biz isə Xocalının qisasını almış kimi bir az mənəvi rahatlıq tapdıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23533
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13048
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9938
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5670
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5504
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4577
Rəisi öldü, Pakistanda matəm elan edildi
4066
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3691
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3636
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3418
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3335
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3028
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2732
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2718
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2636
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2503