AZ

Sabiq prezidentin malikanəsindəki sirli xəritə: orada nə təsvir olunub?

ABŞ-ın qurucularından olan sabiq prezident Tomas Ceffersonun muzey malikanəsində sərgilənən Osmanlı xəritəsi böyük maraq doğurur. Əsrarəngiz xəritənin sirri ABŞ Hərbi Dəniz Qüvvələri ilə Osmanlı İmperiyası arasındakı müharibəyədək gedib çıxır.

Publika.az xəbər verir ki,Ceffersonun özünün tikdiyi və Virciniya ştatında yerləşən “Monticello” malikanəsindəki xəritə sabiq prezidentin iş otağında sərgilənir.

Ceffersonun yazı masasının yanındakı taxta stenddəki obyekt Osmanlı İmperiyasının o dövrdəki xəritəsidir. Ceffersonun dünya tarixinə və coğrafiyaya marağının olmasına baxmayaraq, muzey olan malikanəsində niyə Osmanlı xəritəsini saxladığı diqqət çəkir.

Dövrünün “İntibah adamı”

Fəlsəfə, tarix, filologiya, konstitusiya, incəsənət, mədəniyyət kimi müxtəlif sahələrdə yenilikçi ideyaları olan Ceffersondan söhbət gedəndə tarixçilər qəti bir nəticəyə gələ bilmirlər. O, çalışdığı sahələrə marağının səbəbini yalnız yaxın dostu, ölkənin 2-ci prezidenti Con Adamsa yazdığı məktublarda qeyd edib. Ceffersonun Osmanlı İmperiyası ilə əlaqəsi Türkiyədə də müzakirə yaradıb.

2016-ci ildə paylaşılan şəkil

2016-cı ildə Amerika Donanması 241-ci ildönümü münasibətilə “X” sosial şəbəkə hesabında bir şəkil paylaşıb. Şəkilə olduqca çox reaksiya gəlib. Müvafiq paylaşımda Türkiyə bayrağı ilə döyüşən dənizçilərin şəhid olduğu təsvir edilmişdi. Sözügedən foto 1801-1805-ci illər arasında ABŞ ilə Osmanlı İmperiyasının Barbar əyalətləri arasında baş vermiş 1-ci Barbar müharibəsini göstərsə də, bu savaş həm donanmanın qurulması, həm də ABŞ-da ilk müharibə sayılır.

Osmanlı ilə başlayan müharibənin səbəbi

Bu müharibəyə qərar verən şəxs Tomas Ceffersondur. Pulitzer mükafatlı müəllif Con Miçemin hazırladığı Tomas Ceffersonun tərcümeyi-halında yer alan məlumata görə, o, prezident seçildikdən qısa müddət sonra Barbar problemini birdəfəlik həll etmək və ticarət gəmilərinin sərbəst hərəkətini təmin etmək üçün Barbar əyalətlərinə müharibə elan edib. Müharibənin səbəbi Osmanlı Trablus Dövlətinin paşası Karamanlı Yusuf Paşanın həmin gün ABŞ hökumətindən Aralıq dənizində ticarət gəmilərinin təhlükəsizliyi üçün 225 min dollar (bugünkü dəyəri təxminən 4,5 milyon dollar) istəməsi idi. Cefferson hökuməti bu tələbi rədd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
publika.az

3Mənbələr