AZ

Türkiyədə eyni anda altı vilayətdə əməliyyat keçirildi: Altı cinayətkar dəstə çökdürüldü - FOTO/VİDEO

Türkiyənin altı vilayətində keçirilən “MAHZEN-35” əməliyyatlarında altı mütəşəkkil cinayətkar qrup məhv edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya xəbər verib.

Onun sözlərinə görə, keçirilən əməliyyatlar zamanı qruplaşma başçıları da daxil olmaqla mütəşəkkil cinayətkar dəstənin 46 üzvü saxlanılıb.

Əməliyyatlar nəticəsində 30 sənədsiz tapança, iki ov tüfəngi, avtomat silah, müxtəlif miqdarda narkotik vasitə və külli miqdarda türk lirəsi ələ keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
43
oxu.az

10Mənbələr