AZ

Ceyhun Bayramov Livanın xarici işlər və diaspora naziri ilə görüşdü

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinəişgüzar səfəri çərçivəsində Livan Respublikasının xarici işlər vədiaspora naziri Abdallah Bouhabib ilə görüş keçirib.

XİN-dən Trend-ə verilənxəbərə görə, görüş zamanı Azərbaycan və Livan arasında ikitərəflimünasibətlərin gündəliyində duran məsələlər, o cümlədən siyasi,iqtisadi, humanitar, mədəniyyət və s. sahələrdə əməkdaşlıqimkanları ətrafında fikir mübadiləsi aparılıb. XİN-lər arasındasiyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Livan arasında beynəlxalq təşkilatlar, xüsusilədə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsindəəməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov regionda baş verən son proseslər,Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də 4 kəndimizinişğaldan azad edilməsi ilə nəticələnən razılaşma barədə həmkarınaməlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
10
az.trend.az

9Mənbələr