AZ

Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib

Sinqapurun Baş naziri Li Hsien Loonq istefa ərizəsini ölkə prezidenti Tharman Şanmuqaratnama təqdim edib.

Baş nazirin müvafiq məktubu onun ofisinin rəsmi saytında dərc olunub.

Prezidentə ünvanlanan məktubda deyilir: “2024-cü il mayın 15-də baş nazir vəzifəsindən istefa vermək niyyətimi sizə bildirmək üçün yazıram. Hökumətim həmin gün istefa verəcək. Sizə rəsmi olaraq tövsiyə edirəm ki, parlament üzvlərinin əksəriyyətinin etimadını qazanan Lourens Vonu yeni hökuməti formalaşdırmaq üçün çağırasınız”.

Daha əvvəl bildirilmişdi ki, Li Hsien Loonq mayın 15-də Sinqapurun baş naziri vəzifəsindən istefa verəcək və bu vəzifəyə maliyyə naziri Lourens Vonun namizədliyini irəli sürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
315
42

1Mənbələr

Şərh ()
Bağla