AZ

"Qarabağ"ın daha 4 rəqibi bilindi - Çempionlar Liqasında

“Qarabağ”ın da mübarizə aparacağı Çempionlar Liqasının I təsnifat mərhələsinin daha 4 iştirakçısı bəlli olub.

Sportinfo.az xəbər verir ki, Rumıniyada “Styaua”, Şimali İrlandiyada “Larne”, Maltada “Hamrun”, Sloveniyada “Selye” çempion adını qazanıb.

Bu komandalar qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”la birgə mübarizə aparacaqlar.

Rumıniya təmsilçisinin reytinqi yüksək olduğundan, I təsnifat mərhələsində Azərbaycan çempionu ilə eyni səbətdə yer alacaq və qarşılaşmayacaq.

Digər üç komandanın səbəti hələ dəqiqləşməyib. Bu çempionların I təsnifat mərhələsində mümkün rəqib olacağı müəyyənləşməsə də, növbəti raundlarda “Qarabağ”la üz-üzə gələ bilərlər.

Hələlik yalnız 4 komanda - “Virtus”, “Panevejis”, “Ordabası” və “Vikinqur”un I təsnifat mərhələsində səpələnməmiş olduğu dəqiqdir.

I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

Səpələnmişlər
“Ferensvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Styaua” (Rumıniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)
“Virtus” (San-Marino)

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Selye” (Sloveniya)
“Hamrun” (Malta)
“Larne” (Şimali İrlandiya)
“Dinamo” (Minsk, Belarus)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
5
sportinfo.az

10Mənbələr