”Yuventus” yayda Meyson Qrinvudu heyətinə qatmaq istəyir.
İdmanxeber.az məlumat verir ki, 22 yaşlı vinger hazırda icarə əsasında “Xetafe”də çıxış edir. O, müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur.
”Qırmızı şeytanlar” gənc oyunçunu 25-30 milyon avro müqabilində satmağa hazırdır.
Qrinvud bu mövsüm La Liqada 28 oyuna çıxıb, 8 qol vurub və 6 assist edib.