AZ

“Kombat Group” MMC-yə - CƏRİMƏ PROTOKOLU YAZILIB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Kombat Group” MMC-yə  iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Binqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın icraatındadır.

Xatırladaq ki, şirkət 2021-ci ildə yaradılıb və Azərbaycanda hərbi uniformanın, yəni dəbilqə, geyimlər, bot, əlcəklər və həmçinin hərbi aksesuarların, çadırların satışını həyata keçirir.

Seçilən
163
11
Mənbələr
Şərh ()
Bağla