AZ

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

Təşkilati işlərlə əlaqədar olaraq Misli Premyer Liqasında XXXIII turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Neftçi” oyununun məkanı dəyişib.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma “Azərsun Arena”da baş tutacaq.

Qeyd edək ki, oyun öncədən nəzərdə tutulduğu kimi mayın 4-də, saat 19:30-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
14
offsideplus.az

10Mənbələr