AZ

ATMU-da Məhəmməd Füzuli ilə bağlı tədbir keçirildi - FOTOLAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Heydər Əliyev lektoriyasının rəhbəri tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarını salamladıqdan sonra Məhəmməd Füzulinin ədəbi-bədii irsinə böyük rəğbət bəslənildiyini, müasirləri, o cümlədən layiqli davamçıları tərəfindən ehtiramla yad edildiyini diqqətə çatdırıb. ATMU-da baş tutan tədbirin böyük şairə rəğbət və məhəbbətin ifadəsi kimi dəyərləndirib. 

“Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatında müstəsna təsir imkanını gerçəkləşdirən qüdrətli sənətkar dedikdə, ilk növbədə yaddaşımızda dahi şair Məhəmməd Füzuli əzəməti canlanır” sözləri ilə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Məhəmməd Füzulinin insana dərin məhəbbət aşılayan çoxcəhətli bədii-fəlsəfi irsini mütəfəkkirin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş olunan mənəvi sərvəti səviyyəsində qiymətləndirib. Böyük şairin anadilli poeziyamızın mükəmməl nümunələrinin yaradıcısı olduğunu deyən  rektor İ.Mədətov Azərbaycan bədii dilinin daha da zənginləşməsində müstəsna rolundan ətraflı bəhs edib. Füzulinin yubileyinin vaxtilə UNESCO tərəfindən beynəlxalq səviyyədə keçirildiyini xatırladan rektor 30 il əvvəl müstəqil Azərbaycan Respublikasında ölməz şairin 500 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsini mədəniyyət və sənət bayramı səviyyəsində tarixləşdiyini diqqətə çatdırıb.  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Məhəmməd Füzulinin 530 illiyi münasibətilə  “Zamana sığmayan söz sərrafı: Məhəmməd Füzuli” adlı tədbirdə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, f.ü.e.d. Sərxan Xavər “Məhəmməd Füzuli yaradıcılığına nəzər”, ATMU-nun Dillər kafedrasının əməkdaşlarından  f.ü.e.d., dos. Ağaverdi Xəlilov “Məhəmməd Füzuli yaradıcılığının folklor qaynaqları”, baş müəllim Almaz Zöhrabova isə “Məhəmməd Füzuli lirikası” adlı məruzələrlə çıxış ediblər. Tələbələrdən İlkanə Eyvazova, Fidan İsrafilova, Bahar Zəkəryəyeva, Namik Ramazanov, İlay Əliyeva və Nərmin Əliyeva şairin zamana sığmayan  şerlərini  ifa ediblər. Sonda “Leyli və Məcnun” operasından bir parça nümayiş olunub.

 

Seçilən
91
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
87
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
82
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
75
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
73
Azərbaycanda bu məhsul bahalaşdı
67
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
64
Həlak olan şəxslər sabah dəfn olunacaq
58
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
57
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
56
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
52
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
52
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
51
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
48
Helikopter qəzası ilə bağlı yeni xəbər
46
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
45
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
43
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
39
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
35
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
34
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
34