AZ

Türkiyənin Konya vilayətində qəribə hadisə: Eyni vaxtda çox sayda çuxurlar əmələ gəldi - FOTO

Türkiyənin Konya vilayətinin Çumra rayonunun iki məhəlləsində eyni vaxtda 15 çuxur əmələ gəlib. Rayonun Gökhüyük məhəlləsindəki Çarşamba çayı Tavşanköprü ərazisində diametri təxminən altı metr və dərinliyi 10 metr olan çuxuru görənlər məhəllə muxtarı Mustafa Çömlekçiyə məlumat veriblər. Əraziyə gələn aidiyyəti qruplar çuxur ətrafında təhlükəsizlik tədbirləri görüblər. Məhəllə muxtarının sözlərinə görə, daha əvvəl bölgədə belə bir halla rastlaşmayıblar. "Bu çuxur təxminən 10 metr dərinlikdə, altı metr enindədir, daha əvvəl heç belə bir şey yaşanmamışdı. Həmin gün beş-altı saatdan sonra ətraf kənddə də 14 çuxur əmələ gəlib. Səlahiyyətlilərə xəbər vermişik və çalışmalara başlanılıb. Dibindən başlayaraq daşla və gillə dolduracaqlar, beton tökülərək örtüləcək”, - deyə o bildirib. Həmçinin Gökhüyükdən beş kilometr uzaqlıqdakı Doğanlı məhəlləsində də eyni vaxtda 14 çuxur əmələ gəlib. "70 yaşım var və həyatım boyu daha əvvəl bölgəmizdə belə bir şey görməmişəm”, - deyə məhəllə sakini Yusuf Taktak qeyd edib. Məsələ ilə bağlı Konya Texniki Universitetinin professoru Fetullah Arık açıqlama verib. "Qış dövrü quraq keçdi. Həmin ərazi həmişə cənubdan gələn suyu ötürən xətt olub. Çarşamba kanalı su xətti olaraq bərpa edilib. Orada yerin altında həll olunan süxurların olduğu yer var. Yerüstü çatlar suyun gəlişi ilə genişlənib və aşağıda olan boşluqları hərəkətə gətirib”, - deyə professor bildirib.
 

 

Mənbə: Anadolu

Seçilən
216
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21551
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19390
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18310
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17752
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17083
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16929
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16151
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15597
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12090
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9574
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8581
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8046
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7588
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7232
Minimum əmək haqqı nə qədər arta bilər?
7117
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6448
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799