AZ

Blinkenin Ukrayna çağırışına Rusiyadan cavab

Rusiya 2022-ci ildə danışıqlar təklifinə konstruktiv cavab verməyə hazır idi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ Dövlət katibi Entoni Blinkenin Ukrayna münaqişəsini beynəlxalq prinsiplərə uyğun müzakirə etməyin zəruriliyi ilə bağlı bəyanatına cavab olaraq deyib.

Zaxarova qeyd edib ki, Rusiya Minsk razılaşmaları və onların BMT Təhlükəsizlik Şurasının qətnaməsi şəklində konsolidasiyası təşəbbüsü ilə artıq beynəlxalq hüquqa hörmət nümayiş etdirib.

Zaxarovanın sözlərinə görə, Vladimir Zelenskini Moskva ilə danışıqlara qadağa qoymağa məcbur edən ABŞ olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
4
milli.az

8Mənbələr