AZ

Bu il Azərbaycanda 88 min daşınmaz əmlaka “kupça” verilib

Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib. 

Məlumata görə, bu göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74.473-ü isə (84,7 %) təkrar qeydiyyatın payına düşür. 

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi - 53 279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi - 1 814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür. 

Yanvar-mart aylarında Dövlət Xidməti 64 842 texniki pasport tərtib edib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alıb. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
8
yenisabah.az

8Mənbələr