AZ

Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanılıb

Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.AzVision.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilir ki, o, 2022-ci ildə baş vermiş kütləvi iğtişaşlarla əlaqədar saxlanılıb.

Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Digər istintaq məlumatları məxfilik səbəbindən açıqlanmayıb.

Turqumbayev 2019-2022-ci illərdə Qazaxıstanın Daxili işlər naziri işləyib.

Xatırladaq ki, 2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. Prezident Kasım-Jomart Tokayev yaranmış xaosu çevriliş cəhdi adlandıraraq kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. İğtişaşlar zamanı 238 nəfər ölüb, 4,5 mindən çox insan yaralanmışdı.

Tural Tağıyev
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
azvision.az

10Mənbələr