AZ

Bu ölkədə güclü zəlzələ oldu

Meksikada 5,1 maqnitudada zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 537 min nəfər əhalisi olan Tuxtla Qutyerres şəhərindən 64 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 143 kilometr dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
3
teleqraf.com

10Mənbələr