AZ

Daha bir ölkədə güclü zəlzələ oldu

Papua – Yeni Qvineyanın sahilində 5,2 maqnitudalı zəlzələ olub.

 

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

 

Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri əhalisi 40 min nəfər olan Arava kəndindən 89 km cənubda olub. Yeraltı təkanların ocağı 35 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

 

Xatırladaq ki, daha əvvəl Tonqa Krallığının sahilində güclü zəlzələ qeydə alınmışdı.

 

Report

Tarix: 27 May 2024, 06:50   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
13
pravda.az

10Mənbələr