AZ

12 nəfərin öldürüldüyü 15 il əvvəlki faciə: Bakının mərkəzində erməni terroru

12 nəfərin öldürüldüyü 15 il əvvəlki faciə: Bakının mərkəzində erməni terroruAzərbaycan Dövlət Neft və Sənaye Universitetində (keçmiş adı-Azərbaycan Dövlət Neft Akademiyası-ADNA) törədilən terror aktının növbəti ildönümüdür.Adalet.az xəbər verir ki, dəhşətli hadisədən 12 il ötür və kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.Terror aktı nəticəsində ölənlərin və yaralıların adlarını xatırladırıq:Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü.Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü.Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü.Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü.TələbələrMəmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlüBəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlüBağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlüCabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlüAbdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlüBabaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlüAslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlüVə Akademiyaya süd məhsulları gətirənQurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlüYaralananların siyahısı:İsayev KənanMustafa MəhəmmədRüstəmbəyov FaiqŞirəliyev İlkin Azər oğlu (1989-cu il)Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)Axundov RəhmanCəmiyev Elvin Azər oğlu (1989-cu il)Hüseyinli ZemfiraDaas Muavviyyə (Suriya)Seyidəhməd ƏmruEməni terroruna qurban gedən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik! İnşallah bir gün qisasları alınar! Əntiqə Rəşid   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
8
adalet.az

8Mənbələr