Meksikada 5,1 bal gücündə zəlzələ baş verib.BUTA.TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən Tuxtla Qutyerres şəhərindən 64 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 143 kilometr dərinlikdə olub.