AZ

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Bakı. Trend:

Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indikiAzərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terroraktının növbəti ildönümüdür.

Trend xəbər verir ki, terror hadisəsindən 15 il ötür.

2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan DövlətNeft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birincimərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tiplitapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim vətələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktınəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin,ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər.Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkarözünü öldürüb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlüGürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyətvəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumluvə içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş,2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqlicəzalarını alıb.

2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan DövlətNeft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlakolanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddiyardım göstərilməsi barədə” sərəncam imzalayıb. Həmin sərəncamaəsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarətalanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddiyardım edilib.

Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıratədbirlər həyata keçirilib. Universitetin terror aktınıntörədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarınınxatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən vəuniversitetin istehsalı olan “Bir sal yadına” sənədli filmiyaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümümüxtəlif tədbirlərlə qeyd olunur.

Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütünbəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Ona görə də dünyabirliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlamdüşüncə naminə bu gün geniş təbliğat, maarifləndirmə tədbirlərihəyata keçirilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
6
az.trend.az

7Mənbələr