AZ

İlk robot stüardessa

“Qatar Airways” aviaşirkəti Dubayda süni intellekt texnologiyası ilə təchiz edilmiş dünyada ilk insanabənzər stüardessa nümayiş etdirib.Robot stüardessaya “Arabian Travel Market” beynəlxalq turizm sərgisində rast gəlmək olar. Sama 2.0 robot stüardessa real vaxt rejimində suallara cavab verir, səyahətçilərə səfəri planlaşdırmağa kömək edir, eləcə də aviaşirkətin fəaliyyəti barədə tez-tez verilən suallara cavablandırır.

Sərginin ziyarətçiləri, həmçinin Sama 2.0 ilə aviaşirkətin “QVerse” rəqəmsal platforması və onun tətbiqi vasitəsilə virtual şəkildə qarşılıqlı əlaqə yarada bilər.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
5
azvision.az

4Mənbələr