AZ

Bu pulun 90%-dən çoxu Gürcüstanda agentlərin gücləndirilməsinə xidmət edir - Tbilisi meri

“Qeyri-hökumət təşkilatlarına ayrılan xarici maliyyənin 90%-dən çoxu faktiki olaraq ölkədə kəşfiyyat şəbəkələrinin inkişafına sərf olunur”.Azadmedia.az xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.Belə ki, “Son bir neçə həftə bir daha təsdiqləyib ki, QHT-lərə ayrılan pulun 90%-dən çoxu Gürcüstanda agentlərin gücləndirilməsinə xidmət edir. Məlum olub ki, guya kənd təsərrüfatına, əlillərin qayğısına qalmalı olan pulların böyük hissəsi havaya sovrulmayıb. Bütün QHT-lər ehtiyac duyduqda dərhal mitinqlərə çıxarılaraq milli maraqlara qarşı çıxdılar”, - deyə Kaladze hakim partiyanın təşəbbüslərinə, o cümlədən xarici agentlər haqqında qanunun qəbuluna dəstək mitinqində deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
azadmedia.az

5Mənbələr