AZ

Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitarvəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədiləşəhər ərazisində profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncəregional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlər zamanısəkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən,küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğulolan satıcılar aşkarlanıblar.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaqyalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onlarındiqqətinə çatdırıblar. Baş İdarə əməkdaşları tərəfindən qanunsuzküçə ticarəti ilə məşğul olan və qanunsuz reklam lövhələriyerləşdirən şəxslər barəsində də İnzibati Xətalar Məcəlləsininmüvafiq maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa monitorinq zamanı şəhər ərazisində fəaliyyətgöstərən bir neçə avtoyuma məntəqəsində çirkab suların yolaaxıdılması və bir neçə mağazanın yanında məişət tullantılarınınqalaqlanması nəticəsində antisanitar vəziyyətin hökm sürməsi məlumolub.

Həmin obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb vəbarələrinə qanuna müvafiq tədbir görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
17
Mənbələr
Şərh ()
Bağla