AZ

Tbilisidə "Xarici təsirin şəffaflığı" haqqında qanuna qarşı mitinq başa çatıb - YENİLƏNİB

Tbilisidə Parlament binası yaxınlığında "Xarici təsirin şəffaflığı haqqında" haqqında qanuna etiraz aksiyası başa çatıb.

APA xəbər verir ki, parlamentin əsas girişində Rustaveli prospektində polis dəstələri qalmaqda davam edir.

Bundan əlavə, artıq şəhər xidmətinin əməkdaşlarının prospektə çıxdığı və ərazini təmizləməklə məşğul olduğu bildirilir.

Bundan əvvəl xüsusi təyinatlılar Tbilisidə parlament binası yaxınlığında kordonu qaldırıblar.

***

29.04.2024

Saat 19:59

Tbilisidə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının təşkilatçılığı ilə genişmiqyaslı mitinq keçirilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının qarşısında təşkil edilmiş mitinqdə hakim partiyanın 100 mindən çox tərəfdarının iştirak etdiyi təxmin edilir. Mitinqdə iştirak etməsi üçün on minlərlə Gürcüstan vətəndaşı avtobuslarla bölgələrdən paytaxta gətirilib. Mitinq səbəbilə Rustaveli prospektində, Azadlıq meydanında, eləcə də bir sıra ətraf küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hakim partiya rəsmilərinin daha əvvəlki bəyanatlarında Tbilisidə 2 həftədən çoxdur davam edən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyalarının xalqın mövqeyini əks etdirmədiyi bəyan edilib. Partiya qanun layihəsinə ictimai dəstəyin olduğunu göstərmək üçün özü parlament binasının qarşısında mitinq təşkil edib.

Ötən günlərlə müqayisədə mitinq iştirakçılarının böyük əksəriyyətini orta yaşlı və yaşlı insanların təşkil etdiyi müşahidə edilir. Mitinq iştirakçıları əraziyə yalnız Gürcüstan bayraqları ilə gəliblər. Mitinqə cavab olaraq Rustaveli prospektində yerləşən ofislərdən birinin eyvanına səsgücləndiricilər yerləşdirilib və Avropa İttifaqının himni səsləndirilir.

Tbilisidə Tbilisidə Tbilisidə Tbilisidə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
apa.az

10Mənbələr