AZ

“Bavariya” – “Real” oyununa hakim təyinatları müəyyənləşdi

Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Bavariya” – “Real” ilk matçına hakim təyinatları açıqlanıb.

Bizim.Media xəbər verir ki, görüşü Fransa Futbol Federasiyasının hakimi Kleman Turpin idarə edəcək.

Ona həmyerliləri Nikolas Danos və Benjamin Paj köməklik göstərəcək. 4-cü hakim funksiyasına isveçrəli Sandro Şerer təyin olunub.
Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
bizim.media

3Mənbələr