İspaniya La Liqasının növbəti turu çərçivəsində “Barselona” evdə “Valensiya”nı qəbul edib.
Oxu.Az xəbər verir ki, hesabı 22-ci dəqiqədə meydan sahibləri açıblar, Lopez fərqlənib.
Sonradan qonaqlar ardıcıl iki qol vursalar da, ilk hissənin sonlarında azlıqda qalıblar.
Say üstünlüyündən yararlanan katalonlar Levandovskinin het-triki sayəsində qalib gəliblər - 4:2.
Hazırda “Barsa” 73 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Valensiya” isə 47 xalla səkkizincidir.