AZ

Özbəkistan Olimpiadaya vəsiqə qazandı

Futbol üzrə Asiya Kubokunun yarımfinal matçında Özbəkistan və İndoneziya gənclər komandaları qarşılaşıb.

Publika.az xəbər verir ki, görüş Dohada (Qətər) baş tutub. Oyun 2:0 hesabı ilə Özbəkistanın xeyrinə başa çatıb.

İlk qolun müəllifi Hüseyn Norçayev olub. Hücumçu 68-ci dəqiqədə fərqlənib. Son dəqiqələrdə indoneziyalı futbolçunun avtoqolu Özbəkistanın hesabda üstünlüyünü artırıb.

Beləliklə, Özbəkistan millisi 23 yaşadək futbolçulardan ibarət Asiya kubokunun finalına yüksəlib və burada Yaponiya və İraq arasında yarımfinal matçının qalibi ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
4
publika.az

4Mənbələr