AZ

Şimali Koreya ABŞ-ın Ukraynada məğlubiyyətlə üzləşəcəyini bildirib

ABŞ Ukraynada məğlubiyyətlə üzləşəcək və bu, yalnız zaman məsələsidir, çünki heç bir ultra müasir silah Rusiya ordusunu məğlub edə bilməyəcək.

NOCOMMENT.az xəbər verir ki, unu Koreya Xalq Demokratik Respublikası (KXDR) Müdafiə Nazirliyinin Hərbi Xarici Əlaqələr Departamentinin rəhbəri Amerikanın ATACMS raketlərinin Ukraynaya tədarükü ilə bağlı xəbərləri şərh edərkən deyib.

Hərbçinin sözlərinə görə, ABŞ-ın yanaşmaları münaqişəni gərginləşdirməyə təhrik və nəyin bahasına olursa-olsun Ukraynadakı vəziyyəti dəyişmək cəhdidir. O, əlavə edib ki, Vaşinqton gizli şəkildə Kiyevə uzaqmənzilli raketlər verib və bu, beynəlxalq ictimaiyyətdə təşviş və narahatlıq yaradır.

“ABŞ-ın tədarük etdiyi uzaqmənzilli raketlər heç bir halda vəziyyəti dəyişməyəcək. Dünya Vaşinqtonun Ukrayna müharibəsində məğlubiyyətini görəcək. Bu zaman məsələsidir”, – deyə KXDR Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
nocomment.az

2Mənbələr