Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.AzVision.az xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Araz-Naxçıvan" komandaları Zirə Olimpiya İdman Kompleksində üz-üzə gəlib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 89-cu dəqiqədə İqor Ribeyro vurub.
Beləliklə, "Zirə" 49 xalla turnir cədvəlində IV pillədə qalıb. "Araz-Naxçıvan" isə 35 xalla VIII yerə yüksəlib.
Turun əvvəlki oyunlarında "Sabah" "Səbail"i 2:0, "Kəpəz" "Qəbələ"ni 1:0, "Neftçi" "Turan Tovuz"u 3:0, "Sumqayıt" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta