AZ

Rusiyanın səfiri Tacikistan XİN-ə çağırıldı

Rusiyanın Düşənbədəki səfiri Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb.

News24.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfirə Rusiya ərazisində Tacikistan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı nota təqdim edilib.

Qeyd edək ki, minə yaxın Tacikistan vətəndaşı, o cümlədən universitetlərdə təhsil almaq üçün Rusiyaya gedənlər Moskva aeroportlarında qalıb.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
3
news24.az

10Mənbələr