AZ

Ecazkar musiqi dünyası-Murad Adıgözəlzadə və Dmitri Sitkovetskinin konserti – FOTOlar

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Kamera Orkestrinin konserti keçirilib. 

Dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə Bakı Kamera Orkestri və solistlər - Dmitri Sitkovetski (violin, Böyük Britaniya) və Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə dinləyicilər qarşısında çıxış ediblər. Proqramda J.S.Bach 1 saylı "Rəqs süitası", G-dur (simlilər üçün işləyəni D.Sitkovetski), E.Bloch "Baal Shem" silsiləsindən "Nigun", J.Haydn Violin, piano və simlilər üçün konsert F-dur və F.Mendelssohnun "Musiqili məktublar" - orqan, piano, simli kvartet və xor üçün Süitası (işləyəni D.Sitkovetski) səslənib.

Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovdur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
milli.az

4Mənbələr