AZ

Voleybol millimiz Qızıl Avropa Liqasının hazırlığına başladı

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası bu gündən etibarən Qızıl Avropa Liqasının hazırlığına başlayıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün yğmanın baş məşqçisi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Faiq Qarayev komandaya Qızıl Avropa Liqasında uğurlar arzulayıb. Yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verən mütəxəssis aprelin 30-dan fiziki və topla məşqlərə start veriləcəyini deyib. Daha sonra komandanın təlim-məşq toplanışına yollanacağını, həmçinin yoxlama oyunlarının keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq