AZ

Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

2020-2023-cü illərdə Azərbaycana 154 milyon 722 min ABŞ dolları dəyərində 3 915 ədəd elektromobil (Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib. “APA” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin I rübündə isə Azərbaycana 35 milyon 308 min ABŞ dolları dəyərində 830 ədəd elektromobil gətirilib.

Qeyd edək ki, 2020-ci ildən indiyə qədər ölkəyə 190 milyon ABŞ dolları dəyərində 4745 ədəd elektromobil idxal edilib.

Xatırladaq ki, ötən il ölkəyə elektromobil idxalında ciddi artım baş verib. Belə ki, 2023-cü ildə Azərbaycana 3102 ədəd elektromobil idxal edilib ki, bu da əvvəlki illə müqayisədə 6.4 dəfə çoxdur.

 

İllərİdxal qiyməti. min dollarAvtomobillərin sayı
20208330,58167
20213463,19160
202217661,18486
20231252683102
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
avtosfer.az

5Mənbələr