Şair Salam Sarvanın səhhəti ilə bağlı son durum açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə şair özü məlumat verib.
Onun sözlərinə görə, həkimlər növbəti əməliyyatı riskli bildiklərindən kimya-terapiya müalicəsini yazıblar: “Şişi götürmək riskdir. Ona görə də ondan nümunə götürülüb. Beş-altı günə nəticəsi bilinəcək. Ona uyğun addım atılacaq”.
Hazırda evdə müalicə alan Salam Sarvan özünü nisbətən yaxşı hiss etdiyini əlavə edib. (APA)