Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Naftalanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın ərazisində artıq ənənə halını almış növbəti ağacəkmə aksiyası keçirilib.
Modern.az xəbər verir ki, parkın ərazisində 100-ə yaxın kedra, kiparis, lüqustur ağacları əkilib.
Şəhər ərazisində yaşıllıqların sayının artırılması istiqamətində keçirilən aksiya mütəmadi olaraq davam etdiriləcək.