AZ

Unibank İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib

Bakı. Trend:

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə AzərbaycanınBankçılıq Missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəribaşa çatıb. Azərbaycan Banklar Assosiasiyası və ABŞ-AzərbaycanTicarət Palatası tərəfindən təşkil edilən səfərdə Unibank İdarəHeyətinin sədri Fərid Abuşov da iştirak edib.

Unibank sədri müstəqil Azərbaycan bankçılığı tarixində ABŞ-yəedilən ilk geniştərkibli işgüzar səfərin yüksək əhəmiyyətdaşıdığını bildirib:“Bu hadisə Azərbaycan-ABŞ arasında bankəlaqələrinin inkişafında mühüm mərhələ oldu. Səfərin əsas məqsədibank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək,iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasındaəməkdaşlığın inkişafına töhvə vermək idi. Hesab edirəm ki, səfərçox məhsuldar keçdi. Müxtəlif mövzularda təqdimatlar edildi, banksektoruna dair müasir həllər, biznes, maliyyə, bank sektoru iləbağlı geniş fikir mübadiləsi aparıldı. Keçirilən görüşlərdə ikiölkə arasındakı iqtisadi əlaqələrin inkişafı və daha damöhkəmləndirilməsi məsələlərinə xüsusilə toxunuldu”.

Azərbaycanın Bankçılıq Missiyasının ABŞ səfəri çərçivəsində ABŞDövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyəqurumlarında görüşlər keçirilib. Səfər müddətində ABŞ Beynəlxalqİnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında görüş olub,eləcə də "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kiminüfuzlu qurumlarla keçirilən görüşlərdə əməkdaşlıq imkanlarımüzakirə olunub.

Görüşlərdə bank sektorundakı qlobal trendlərə, müasirçağırışlara xüsusi diqqət yetirilib. Mövcud imkanlar, böyüklayihələrin birgə maliyyələşməsi imkanları, süni intellektin bankəməliyyatlarında tətbiqi və digər mövzularda müzakirələraparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
13
az.trend.az

10Mənbələr