AZ

Azərbaycan güləş millisinin lisenziya turniri üçün heyəti açıqlandı

Bakı. Trend:

Azərbaycan güləş millisinin mayın 9-12-də keçiriləcək DünyaOlimpiya Təsnifat Turniri üçün heyəti bəlli olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu Dünya Güləş Birliyinin mətbuatxidməti açıqlayıb.

Millimiz İstanbula 9 güləşçi ilə yollanacaq. Yunan-Romayığmamızda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), MuradƏhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) Paris-2024-ə vəsiqəqazanmaq üçün mübarizə aparacaqlar.

Qadın millimizin 5 güləşçisi də Türkiyədə xalça üzərinə çıxacaq.Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik(57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq)lisenziya üçün yarışacaqlar.

Qeyd edək ki, yığmamız sərbəst güləşdə bütün çəkilərdə,yunan-Roma güləşində iki kateqoriyada lisenziya qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
4
az.trend.az

5Mənbələr