AZ

AMEA-nın gənc alim və mütəxəssislərinin futbol çempionatının açılışı olub - FOTOLAR

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatının açılışı olub. Akademiyadan SİA-ya bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən çempionatın açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov və AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış ediblər. Çıxışlarda futbolun bir mədəniyyət olduğu və bu sahə ilə maraqlananların dünyagörüşünə müsbət təsir etdiyi qeyd olunub. Həmçinin AMEA-nın Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Çıxışlardan sonra futbol çempionatına start verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
sia.az

2Mənbələr