AZ

Azərbaycanın yaratdığı yeni REALLIQLAR: “Son danışıqlar daha konstruktiv və səmimi atmosferdə baş tutub”

“Qərblə Azərbaycan arasındakı gərginliyin əsas səbəbi Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməməsidir. Problemlərin əsas səbəbi ondan ibarətdir ki, 44 günlük savaş və ondan sonrakı dövrlərdə Azərbaycanın öz suverenliyini bərpa etməsi reallığı Qərb tərəfindən heç də xoş qarşılanmadı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

O, ötən gün ABŞ-nin dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan növbəti telefon danışığını şərh edib.

O.Qasımov xatırladıb ki, bundan sonra Azərbaycana müxtəlif formalarda təzyiqlər edildi və Ermənistan birtərəfli qaydada dəstəklənməyə başlandı ki, bu da Azərbaycan tərəfindən narazılıqlar yaratdı.

“Xüsusilə də 5 aprel Brüssel görüşləri Azərbaycanda xeyli suallar yaratmışdı ki, bundan öncəki Əliyev-Blinken telefon danışığında Azərbaycan lideri bununla bağlı narahatlıqlarını dilə gətirdi. O cümlədən, dövlət başçısı ABŞ və Avropa İttifaqına (Aİ) Cənubi Qafqazda ayrıca xətlərin yaradılmasının yanlış olduğunu söyləmişdi. ABŞ və Aİ Azərbaycanın sözügedən narazılıqlarını başa düşür.

Bu baxımdan, dünənki Əliyev-Blinken telefon danışığı əvvəlki danışıqlardan bir az daha fərqli idi. Dövlət Departamentindən yayılan açıqlamalarlardan görünür ki, son danışıqlar daha konstruktiv və səmimi atmosferdə baş tutub və ABŞ Azərbaycanda insan haqları sayəsində müəyyən irəliləyişlərin olmasına məmnuniyyətini ifadə edib. Bundan başqa, Azərbaycan-Ermənistan prosesindəki irəliləyişlərdən, xüsusilə də sərhədlərin müəyyən edilməsi prosesindən məmnunluğunu ifadə edib, alqışlayıb və bundan sonrakı sülh prosesinə töhfə verməyə hazır olduğunu söyləyib”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanla ABŞ arasında bir çox sahələrdə, o cümlədən ticarət, iqlim və digər məsələlərdə münasibətlərin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub:

“Bundan əlavə, COP29-la bağlı Azərbaycana dəstək bir daha ifadə olunub və 2 ölkə arasındakı nümayəndə heyətlərinin səmərəli işinə xüsusi diqqət yetirilib. Düşünürəm ki, ABŞ dövlət katibinin müntəzəm şəkildə həm Azərbaycan, həm də Ermənistan liderlərinə zənginin əsas səbəblərindən biri Vaşinqtonun bölgədəki maraqlarını təmin etmək və Rusiyanı regiondan çıxarmaq məqsədi daşıyır. ABŞ bu və ya digər formada Azərbaycan-Ermənistan normallaşma prosesinə təsir etməyə çalışır. Təsirlər bəzən pozitiv, bəzən isə neqativ olur”.

Politoloq diqqətə çatdırıb ki, keçən ilin sentyabr-noyabr aylarında ABŞ Konqresində keçirilən dinləmələrdə Azərbaycan əleyhinə səsləndirilən ittihamları qəbul etmədiyimizi bəyan etmişik və bununla bağlı sərt mövqeyimiz olub:

“Hətta noyabr ayında Ceyms O’Braynın Konqresdəki qəbul edilməz açıqlamalarına rəsmi Bakı sərt reaksiya verdi. Bundan sonra Azərbaycan Ceyms O’Brayn daxil olmaqla bir sıra yüksəkvəzifəli amerikalının Azərbaycana girişini qadağan etdi. Entoni Blinken şəxsən uzunmüddətli münaqişənin həllində mühüm rol oynadığına görə, danışıqlarda əldə edilən uğurları öz adı ilə bağlamaq istəyir. Hər halda, mən dünənki görüşləri pozitiv dəyərləndirərəm. Mətbuata verilən açıqlamalarda telefon danışığının səmərəli olduğu bəlli olur”.

Rafi Müslümov

Seçilən
121
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20236
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19173
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18170
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17541
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16370
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16160
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15990
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15302
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11813
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11222
"Zaur, yenə çaşdın..." - VİDEO
8810
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8165
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7937
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7759
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7380
Minimum əmək haqqı nə qədər arta bilər?
7021
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6918
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6181
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5707