AZ

“Sumqayıt” – “Qarabağ” görüşündə rekord

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Msport.az PFL-ə istinadən xəbər verir ki, bu, XXXII turun “Sumqayıt” – “Qarabağ” matçında baş verib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidir.

Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 seyrçi qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
msport.az

10Mənbələr