AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik analizitəqdim edib.

ABŞ-də “NFP” və FED-in faiz qərarıinvestorların diqqət mərkəzində

Bu həftə investorlar Federal Ehtiyyatlar SistemininFederal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının və faizqərarının ön planda olduğu zəngin iqtisadi təqvim fonunda cidditicarət fürsətləri əldə edə bilərlər. ABŞ-da cümə günü əmək bazarı,xüsusilə də “NFP” hesabatı açıqlanacağı halda, "MöhtəşəmYeddilik"-in son şirkətləri qazanc hesabatlarını açıqlayacaqlar.Həmçinin, Avrozonada yaxından izləniləcək iqtisadi məlumatlar dərcolunacaq.

FED-in faiz qərarı

Çərşənbə günü Federal Ehtiyyatlar Sisteminin FederalAçıq Bazar Komitəsi iki günlük monetar siyasət iclasını başavurduqdan sonra, investorlar mətbuat konfransında sədr CeromPavelin açıqlamalarında FED-in bu il hansı mərhələdə faizdərəcələrini azaltmağa hazırlaşdığına dair ipucları arayacaqlar.Qeyd edək ki, ötən həftə FED sədri Cerom Pavel Federal EhtiyatlarSisteminin faiz dərəcələrini endirməzdən əvvəl inflyasiyanın 2%hədəfinə doğru getdiyinə daha çox inandırıcı faktor tələbolunduğunu söylədi.

Cümə günü açıqlanan Mart ayı inflyasiya məlumatlarınınümumiyyətlə konsensusa uyğun olması sentyabr ayında ilk faizendirimi ilə bağlı bazar gözləntilərini çox az dəyişdi.

Əmək bazarı və inflyasiya göstəriciləri artmağa davametdikcə faiz dərəcələrinin azaldılması ehtimalları da azalıb.Maliyyə bazarları ilkin olaraq mart ayında ilk faiz endirimininediləcəyini proqnozlaşdırırdılar. Bu ehtimal əvvəlcə iyuna, sonraisə sentyabra təxirə salındı.

Non-Farm Payrols

Cümə günü açıqlanacaq aylıq əmək bazarı hesabatı ABŞəmək bazarının gücü ilə bağlı yeni perspektiv təqdim etsə də,iqtisadçılar martda 303 min artan məşğulluğun, apreldə 243 minolacağını proqnozlaşdırırlar. İşsizlik səviyyəsi ilə bağlıehtimallar isə 3.8% səviyyəsində sabit qalacağı yönündədir.

Özəl Sektorda Yeni Yaranan İş Yerlərinə dair “ADP”məlumatları, həmçinin “JOLTS” Boş İş Yerləri və Vakansiyalarhesabatı, eləcə də, faiz endirimi ehtimallarını gücləndirməyə köməkedəcək digər önəmli iqtisadi statistik rəqəmlər yayımlanacaq.

Texnologiya şirkətlərinin qazanchesabatları

Keçən il fond birjalarının yüksəlməsinə səbəb olan"Möhtəşəm Yeddilik"-in son adları “Amazon” çərşənbə axşamı (AMZN),“Apple” isə cümə axşamı rüblük gəlir hesabatlarını dərcedəcəklər.

“Apple” səhmləri (AAPL) bu il indiyədək 10%-dən çoxucuzlaşıb və Çində smartfon tədarükünün 19% azalmasından sonra“iPhone” istehsalçısının birinci rübdə qazancında azalma müşahidəedəcəyi ehtimal edilir.

“Amazon”-un bulud hesablama biznesi əsas proritet olsada, investorlar onlayn pərakəndə satış nəhənginin istehlakçıxərcləri haqqında nə deyəcəyini də yaxından izləyəcəklər.

Cümə axşamı “Microsoft”-un (MSFT) və “Google”-nin anaşirkəti “Alphabet”-in (GOOGL) balans hesabatları “S&P500”indeksinin noyabr ayından bəri ən böyük həftəlik qazancını əldəetməsinə kömək etdi.

Ancaq “Tesla” (TSLA) və “Facebook”-un ana şirkəti“Meta Platforms” (META) kimi bəzi şirkətlər isə qarışıq birperformansa sahib oldular.

EUR

Çərşənbə axşamı günü açıqlanacaq Almaniyada vəAvrozonada inflyasiya və Avrozonada ÜDM-in həcminə dair məlumatlar,ehtimal ki, Avropa Mərkəzi Bankının iyun ayında faiz dərəcələriniaşağı salacağı ilə bağlı bazar proqnozlarına yön verə bilər.

Keçən ilin sonunda inflyasiya kəskin şəkildə azalmağabaşladı və ECB iyun ayında faiz dərəcələrini azaltmağıplanlaşdırdığını bildirdi. Lakin, uzunmüddətli perspektivdəvəziyyət yüksələn enerji xərcləri, inadkar yüksək xidmətinflyasiyası və ticarət proseslərini pozmaq təhlükəsi yaradandavamlı geosiyasi gərginliklər səbəbindən qaranlıq olaraqqalır.

İqtisadçılar Avrozonada Ümumdaxili Məhsulun Həcmininbirinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2%artacağını ehtimal edirlər.

Enerji xərclərinin artması səbəbindən aprel ayındaistehlak qiymətlərinin əvvəlki ayla müqayisədə 2.4% artdığı təxminedilir.

Ötən həftəyə 1.0655 səviyyəsindən start verən EURUSDməzənnəsi həftə ərzində 1.0750 həddini test etsə də, buradamüqavivətlə qarşılaşaraq ucuzlaşmış və həftəlik şamını 1.0690səviyyəsində tamamladı. “Ayılar” qiyməti 1.07$ səviyyəsinin altındasaxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.

GBP

İngiltərədə cari həftənin cümə günü açıqlanacaq XidmətSektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyiİndeksi göstəriciləri GBPUSD məzənnəsində tendensiyanın gedişinəciddi təsir edə bilər. Ötən həftəyə 1.2365 səviyyəsində başlayanGBPUSD məzənnəsi həftəlik şamını 1.2490 səviyyəsində tamamladı.“Ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya bilsələr,eniş tendensiyası davam edə bilər.

NEFT

Ötən həftənin cümə günü neft qiymətləri ABŞ MaliyyəNazirinin Amerika iqtisadiyyatının son məlumatlara görə daha güclümənzərə nümayiş etdirdiyinə dair şərhlərindən sonra, cüzi şəkildəyüksəldi. Bu müsbət atmosferlə yanaşı, Yaxın Şərqdəki münaqişələrsəbəbindən davam edən tədarük narahatlıqları da neft qiymətlərininartmasına səbəb olub.

“Brent” tipli xam neft 34 sent və ya 0.38% artaraq89.35 dollar/barelə, ABŞ-ın “Qərbi Texas” (WTI) markalı xam neftiisə 33 sent və ya 0.39% artaraq 83.90 dollar/barelə çatıb.

Təhlillərə əsasən “Brent” nefti 90$, “WTI” nefti isə85$ səviyyəsinin üzərində möhkəmlənə bilsə, bahalaşma davam edəbilər.

XAUUSD

Ötən həftəyə enişlə başlayan və 2291$ səviyyəsini testedən qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər və geosiyasiproseslər fonunda bir qədər bahalaşdı və həftəlik şamını 2337$səviyyəsində tamamladı. Ehtimal olunur ki, bu həftə Almaniyadaaçıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ), Avrozodanayayımlanacaq ÜDM-in həcmi və CPİ məlumatları və Amerikada dərcolunacaq əmək bazarı, xüsusilə “NFP” göstəriciləri, eləcə də,“Conference Board” İstehlakçıların İnam İndeksi və “JOLTS” Boş İşYerləri və Vakansiyalar hesabatları fonunda qızıl qiymətlərindəmüşahidə olunan kəskin dalğalanmalar davam edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
5
az.trend.az

6Mənbələr