AZ

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində keçirilən beynəlxalq tədbirlər davam edir. Aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmenti də bu tədbirlərdən biri oldu. Ölkə Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Olaf Şoltsun dəvətilə həmin tədbirdə iştirak edib.

Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, 2023-cü ilin dekabr ayının 11-də keçirilmiş COP28-in plenar iclasında növbəti Tərəflər Konfransının Azərbaycanda keçirilməsinə dair yekdil qərar qəbul edildikdən dərhal sonra dünya mediasının bəzi təmsilçiləri və müəyyən QHT-lər Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olaraq COP29-a ev sahibliyi etməsinin məqsədəuyğunluğunu şübhə altına almaq üçün səylər göstərməyə başladılar. “Lakin Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə dair sağlam düşüncəyə və real məntiqə əsaslanan konkret dəlillər ortaya qoyaraq məhz qazıntı yanacağı ilə zəngin ölkələrin yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getmələrinin zəruri olduğunu diqqət mərkəzinə çəkə bildi.

Bu məsələ dövlət başçımızın “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında da öz əksini tapıb. Cənab Prezident bir daha vurğulayıb ki, faydalı qazıntı ilə zəngin olan ölkələr, ilk növbədə, həmin ehtiyatları ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə yönəltmələrinə görə dəyərləndirilməlidirlər.

Digər tərəfdən, zəngin neft və qaz ehtiyatları olan ölkənin eyni zamanda yaşıl enerji istehsalı ilə bağlı məsələlərdə önə keçməsi təzadların sintezi effektini verərək əlverişli həmrəylik mühiti yarada bilər. Nəzərdən qaçırılması yol verilməz olan daha bir məsələ Avropanın özündə təbii qaza olan tələbatın getdikcə artması ilə bağlıdır. Azərbaycanın nefti və qazı Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ölkəmizdə qaz ixracı 20 milyard kubmetrə çatmalıdır. Əlbəttə ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
13
publika.az

10Mənbələr