Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin (RUS) kuratoru olub.
BAKU.WS xəbər verir ki, bu barədə Tass məlumat yayıb.
2023-cü ilin noyabrından Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəridir. Bundan əlavə, o, Rusiya Müdafiə Nazirliyinin tərkibində Şeyx Mənsur batalyonuna və Rusiya Qvardiyasının tərkibində Baysanqur Benoyevski batalyonuna rəhbərlik edir.